Sosial şəbəkələrdə Bakı Dövlət Universitetinin (BDU) Ayşən İsmayılzadə adlı tələbəsinin öldüyü barədə məlumat yayılıb.
Universitet ölən qızın tələbə olduğunu təkzib edib. BDU-dan Modern.az-a bildirilib ki, 1998-ci il təvəllüdlü İsmayılzadə Ayşən Azər qızı hazırda tələbə deyil. Qeyd edilib ki, mərhum Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin 2020-ci il məzunu idi.
BDU-nu bu il bitirən Ayşən İsmayılzadə revmatizmdən və böyrək çatışmazlığından əziyyət çəkirmiş. O, ailənin tək övladıymış...
Allah rəhmət eləsin.