Modern.az

Ölüm ayağında olan zabitimizlə bağlı kampaniya başladı

Ölüm ayağında olan zabitimizlə bağlı kampaniya başladı

Qarabağ

5 İyun 2012, 17:01

Beynəlxalq Diaspor Mərkəzi bütün diaspor təşkilatlarını, QHT-ləri bu işdə fəal olmağa səsləyib

Modern.az xəbər verir ki, Beynəlxalq Diaspor Mərkəzi (BDM) ağır xəstə olan zabitin taleyinə biganə qalmayaraq, onun sağlamlığına qovuşması üçün kampaniya başladıb. BDM-nin sədri İsmayıl Ağayev bəyənat verərək zabitin müalicəsi üçün lazım olan vəsaiti toplamaq məqsədilə kampaniyaya başlanıldığını,bütün diaspor təşkilatlarını QHT-ləri bu işdə fəal olmağa səsləyib: “Hesab edirik ki, milli ordunun zabitinə dəstək olmaq hər birimizin borcudu. Biz bütün disapor təşkilatlarını, QHT-ləri, xüsusən də hərbi yönümlü QHT-ləri bu işdə fəal olmağa, zabitimizin durumuna həssaslıqla yanaşmağa çağırırıq”.

Xatırladaq ki, xəstəliyi ağırlaşdığından Mərkəzi Klinik Xəstəxanaya köçürülən zabitə təcili ilik sümüyü köçürülməlidir. Bunu zabitin anası Şərafət Kazımova deyib. O, bildirib ki, 2010-cu ildən oğlu qeyri-hockin limfoması xəstəliyindən əziyyət çəkir:
“Oğlum Cəmşid Naxçıvanski adına Hərbi liseyin, Heydər Əliyev adına Ali Hərbi Məktəbin yetirməsidir. 2006-cı ilin avqust ayında Daşkəsən rayonunda yerləşən N saylı hərbi hissəyə tağım komandiri vəzifəsinə təyin olundu. Erməni işğalçıları ilə üzbəüz, atəşkəs vəziyyətində olsa belə, hər an təhlükəli olan bir şəraitdə üç il postda dağ atıcı tağım komandiri vəzifəsində xidmət göstərib. Aylarla ailəsi olsa belə evinə gələ bilməyib. Nə də post şəraitində xidmət göstərdiyindən ailəsini yanına apara bilməyib. 2010-cu ilin iyun ayında sağlamlığımda yaranan problemə görə, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Hospitalına köçürülüb. Burada müayinə zamanı qasıq nahiyəsindən götürülən biopsiyanın nəticəsi ilə ona qeyri-hockin limfoması diaqnozu qoyuldu. Hospitalda oğluma dedilər ki, səni burada müalicə etmək mümkün deyil. Odur ki, oğlumu müalicə üçün Milli Onkoloji Mərkəzə köçürdülər. Burada öz hesabına oğlum 4 kurs kimyəvi müalicə aldı. Amma nəticəsi olmadı. Həkim bildirdi ki, sənin xəstəliyinin müalicəsi var, bunun üçün sənə Türkiyədə ilik köçürülməlidir. Türkiyədə bu əməliyyatı keçirmək isə bizim milli pulumuzla 60 min manata başa gəlir. Çarəsiz qalaraq müalicə üçün İran İslam Respublikasına üz tutduq. Burada xəstəxanaların birində 6 kurs kimyəvi müalicəsini davam etdirdi. Bu günlərdə Sumqayıt şəhərində Onkoloji Dispanserdə təkrar müayinə zamanı bəlli oldu ki, xəstəlik ağırlaşıb, şaxələnərək limfalara yayılıb. Yerli mütəxəssislərin dediyinə görə, bu xəstəliyin müalicə üsullarından ən effektlisi ilik köçürmədir ki, bunun Türkiyə dövlətində müalicəsi yüksək səviyyədədir. Bu isə imkanım xaricindədir. Azərbaycanda isə oğlumu ACOP sistemi ilə müalicə ediblər. Oğlumun iki azyaşlı övladı var. Uşaqların biri 3 yaş, o biri 9 aylıqdır. Özü ikinci qrup əlil olduğundan təqaüd alır. Bu pul isə ailəsinin dolanışığı üçün güclə çatır. İndiyədək müalicələrini qohumlarımın, tanışlarımızın maddi dəstəyi ilə alıb. İndi Mərkəzi Klinik Xəstəxanada da müalicəsinin davam etdirilməsinə imkanımız çatmır. Əgər müalicə almasa, həkimlər xəstəliyin daha da şiddətlənərək bütün linfa düyünlərinə yayılacağını söyləyirlər”.

Rasim Kazımovun ünvanı və əlaqə telefonu: Ünvan: Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 27/4, mənzil-47
 Əlaqə: (055) 369-46-78

***

Azərbaycan Beynəlxalq Bankı

Sumqayıt şəhər filialı

Kod: 805658

VÖEN: 9900001881

AZ03NABZ: 01350100000000002944

SWİFT kodu: İBAZAZ2X

H/h: 338810194428057461213

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu