“100 tələbə kartı universitetlərin ən uğurlu tələbələrinə təqdim edilib”. Bu sözləri Modern.az-a Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) sədri Şahin İsmayılov deyib. Onun sözlərinə görə, tələbələrə kartlar mayın 19-da təqdim edilib.
Ş.İsmayılov bildirib ki, bu tələbələr universitetlərin ən uğurlu tələbələridir. “Onlar müxtəlif sahələrlə üzrə yəni ictimai fəallıqlarına, təhsillərinə görə digər tələbələrdən fərqlənirlər”.
İttifaq sədri qeyd edib ki, Bakıdakı bütün ali məktəblərin tələbələrinə bu kartlar təqdim ediləcək.
Qeyd edək ki, jurnalistlərə açıqlamasında gənclər və idman naziri Azad Rəhimov bildirib ki, Azərbaycanda 200 minə yaxın tələbə vahid tələbə kartından istifadə edəcək. Hələlik isə ilk kartlar Azərbaycanın müxtəlif ali təhsil ocaqlarından seçilmiş ilk 100 gəncə təqdim edilib.
Xatırladaq ki, tələbə kartı ali təhsil ocaqlarında təhsil alan gənclər üçün müxtəlif güzəştləri nəzərdə tutur.
Sevinc İLTİFATQIZI