“Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçrilən buraxılış imtahanlarının nəticələri bizə göndərilmədiyi üçün bu haqda heç nə deyə bilmərik”. Bu sözləri Modern.az saytına açıqlamasında Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadə deyib.
“Bizə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçirilən buraxılış imtahanlarının nəticələri gəlməyib. Bu haqda məlumatımız yoxdur. Rəsmi formada nəticələr gəlsin, araşdırmalar aparaq və yalnız bundan sonra fikirlərimizi açıqlaya bilərik” deyə mətbuat xidmətinin rəhbəri vurğulayıb.
Qeyd edək ki, bu ildən etibarən orta məktəblərin buraxılış imtahanlarını Təhsil Nazirliyi yox, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası keçirir.
TQDK tərəfindən iyunun 2 və 3-də Bakı şəhərində 11 və 9-cu siniflər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçrilib və nəticələr açıqlanıb.
Aytən ƏLİYEVA