Tanrının yaratdığı insan övladına qarşı başqa bir insan övladının törətdiyi amansız işgəncə üsulları bu gün də dünyanın hər yerində öz hökmünü göstərməkdədir.
İşgəncə Qurbanlarının Müdafiəsi Təşkilatı hazırda dünyada daha çox yayılmış və müxtəlif vaxtlarda bir neçə dəfə tətbiq edilmiş işgəncə növlərinin siyahısını tərtib edib. Modern.az bu maraqlı və tükürpədici siyahını dərc edir:
1. Seksual təhqir yolu ilə işgəncə.
2. Qutularda, qəfəslərdə, tabutlarda, məzarda və başqa qapalı dar yerlərdə saxlamaq (adətən, nəfəs almaq üçün kiçik dəlik açılır).
3. Kəndirlə, zəncirlə, manjetlə və s. bağlayıb saxlamaq.
4. Nəfəsi kəsilmə anına çatana qədər suda saxlayıb boğmaq.
5. İfrat dərəcədə istidə və ya soyuqda saxlamaq, buzlu suya salmaq və ya kimyəvi maddələrlə yandırmaq.
6. Qurbanların dərisinin soyulması (adətən ölməsin deyə, dərinin üst təbəqəsi soyulur).
7. Əl-qolunu burmaq.
8. Gözləri kor edən işığa məruz qoymaq.
9. Elektroşok.
10. Təhqiramiz və çimsindirici bədən mayeləri və ya maddələrini məcburi qaydada içməyə və ya yeməyə məcbur etmək (məsələn, qan, sidik, nəcis, insan əti və s.).
11. Ağrılı pozalarda və ya başıaşağı vəziyyətdə asılı qalmağa məcbur etmək.
12. Ac və susuz saxlamaq.
13. Yuxudan məhrum etmək.
14. Ağır yük altında və ya müxtəlif qurğularda sıxmalara məruz qoymaq.
15. Hissiyyat orqanlarından məhrum etmək.
16. İllüziya, psixi pozuntular yaratmaq məqsədilə narkotik maddələrin verilməsi (adətən, əzələyə və ya venaya daxil etməklə).
17. Ağrı və ya xəstəlik törətmək məqsədilə kimyəvi terapiya vasitələri də daxil olmaqla zəhərli kimyəvi maddələrin qəbuluna məcbur etmək və ya vena vasitəsilə bədənə daxil etmək.
18. Qolların və ya ayaqların dartılması və ya yerindən çıxarılması.
19. İlanlar, hörümçəklər, siçanlar, eybəcər həşəratlar və başqa heyvanlardan istifadə etməklə qorxu və ya iyrənmə hisslərini oyatmaq.
20. Ölümə yaxın vəziyyətlərə salmaq (məsələn, kəndirlə asıb boğmaq, suda batırmaq, yüksəklikdən atmaq).
21. Adətən kəsici alətlərlə insanların işgəncələrə məruz qoymaq və ya öldürülmək kimi əməlləri törətməyə və ya müşahidə etməyə məcbur etmək.
22. Uşaqları pornoqrafiya və fahişəliyə cəlb etmək.
23. Qadınların zorlanması və sonradan dünyaya gələn uşağın qul əməyindən istifadə edilməsi.
24. Qurbanların özlərini təhlükə altında qalan çarəsiz məxluq kimi hiss etmələri üçün müxtəlif işgəncələrə məruz qoyulması.
25. Dini motivli işgəncələr zamanı qurbanları inandırırlar ki, Allah şər qüvvədir və ya zorladıqları yeniyetmə qızları əmin edirlər ki, onu Allah zorlayıb.
26. Ağrı törətmək və ya təcrübə məqsədilə cərrahiyyə əməliyyatı aparmaq.
27. Ailəsinə, dostlarına, sevimli adamlarına, sevimli heyvanlarına və ya başqa yaxınlarına zərər vurmaqla və ya zərər vurmaq hədələri ilə əməkdaşlığa məcbur etmək.
28. Çaşqınlıq yaratmaq üçün illüziyalardan istifadə etmək.
Qeyd edək ki, bunlar təşkilatın topladığı işgəncə növlərinin yalnız bir hissəsidir. İşgəncələrin digər növləri nisbətən az yayıldığına görə siyahıda göstərilməyib.
Modern.az