Modern.az

ATƏT sədri Bakıya gəlir: Gilmorun müxalifətlə görüşü planlaşdırılıb

ATƏT sədri Bakıya gəlir: Gilmorun müxalifətlə görüşü planlaşdırılıb

Təhsil

6 İyun 2012, 15:58

ATƏT-in fəaliyyətdə olan sədri, İrlandiyanın xarici işlər naziri Eymon Gilmor gələn həftə Cənubi Qafqaza səfərə gəlir. Modern.az bildirir ki, bu barədə ATƏT–in yaydığı press-relizdə məlumat verilib. İyunun 11-12-də Gilmor İrəvanı, Tiflisi ziyarət etdikdən sonra Bakıya gələcək.

Səfər çərçivəsində Gilmorun Ermənistan, Azərbaycan, Gürcüstan prezidentləri və siyasi qüvvələrlə görüşü planlaşdırılıb. Bu görüşlərdə ATƏT-in regiondakı prioritetləri müzakirəyə çıxarılacaq.

“ATƏT-in sədri olaraq İrlandiyanın əsas prioritetləri dondurulumuş münaqişələrin həllində irəliləyişə nail olmaqdır. Səfər çərçivəsində ATƏT sədri Qarabağ problemnin həlli yollarını müzakirə edəcək”-deyə ATƏT-in məlumatında vurğulanır.

 

X.SƏFƏROĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir