Modern.az

İlham Əliyev Hillari Klintonla Qarabağdan danışıb

İlham Əliyev Hillari Klintonla Qarabağdan danışıb

Təhsil

6 İyun 2012, 17:17

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 6-da ABŞ-ın dövlət katibi Hillari Klintonu qəbul edib. Modern.az Prezidentin rəsmi saytına istinadən bildirir ki, ABŞ-ın dövlət katibi Hillari Klintonun Azərbaycana növbəti səfərindən məmnunluğunu bildirən dövlət başçısı bunu iki ölkə arasında dostluq və tərəfdaşlıq əlaqələrinin göstəricisi kimi dəyərləndirib. Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında iqtisadi, enerji, regional təhlükəsizlik, siyasi islahatlar, münaqişənin nizama salınması və digər sahələrdə əməkdaşlıq məsələlərinə toxunan Prezident İlham Əliyev ikitərəfli əlaqələrimizin uğurla inkişaf etdiyini bildirib. 

ABŞ-ın dövlət katibi Hillari Klinton yenidən Bakıya səfərindən və ikitərəfli əlaqələrlə bağlı Azərbaycan Prezidenti ilə məsləhətləşməkdən məmnun olduğunu deyib. Xanım Klinton Azərbaycan Prezidenti İlham Əliyevin NATO-nun Çikaqo sammitində iştirakının önəmini qeyd edib. İki ölkənin bir çox sahələrdə uğurlu əməkdaşlıq etməsinin əhəmiyyətini vurğulayan ABŞ-ın dövlət katibi ölkəsinin Azərbaycan ilə sıx və strateji tərəfdaşlıq əlaqələrinin olmasını məmnunluqla qeyd edib. O, Azərbaycanın regionda mühüm rolunu vurğulayıb və deyib ki, ikitərəfli münasibətlərimizin inkişafı ilə bağlı müzakirə ediləcək məsələlərin geniş gündəliyə malikdir.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması, iki ölkənin enerji və digər sahələrdə əməkdaşlığının genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından ABŞ-ın dövlət katibi Hillari Klintonun şərəfinə lanç verilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir