Modern.az

Jurnalistlər üçün yeni yazı müsabiqəsi elan olundu

Jurnalistlər üçün yeni yazı müsabiqəsi elan olundu

Qarabağ

6 İyun 2012, 23:26

Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu 22 iyul  Milli Mətbuatın yaranmasının 137 illik günü ilə əlaqədar  fərdi  jurnalist  yazılarının müsabiqəsini elan edib. Bu barədə Modern.az-a Fonddan məlumat verilib.
Fond "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası" ilə müəyyən edilmiş dövlət dəstəyinin prioritet sahələrinə uyğun olaraq aşağıdakı istiqamətlər üzrə jurnalist yazılarının müsabiqəsini elan edib:

 

 

İstiqamətin adı

 

Təklif olunan mövzular

 

 

 

1.

 

 

 

Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu

1) İnsan hüquqlarının təminatı ali məqsəddir (27 dekabr 2011-ci il tarixli “İnsan Hüquqları sahəsində Milli Fəaliyyət Proqramı” əsasında)

2) Vətəndaş cəmiyyətinin inkişafında QHT-lərin rolu  

3) Ədalət mühakiməsinin səmərəli təşkilinə xidmət edən məhkəmə-hüquq isla­hatları 

 

2.

 

Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi

1)  Söz azadlığı və jurnalistlərin peşə davranışı normaları: xarici və yerli təcrübə 

2)  Jurnalistlərin informasiya əldə etmək hüququnun qanunverici əsasları

3)  Kütləvi informasiya vasitələrində cəmiyyətin informasiya təhlükəsizliyinin qorunması

 

 

 

 

3.

 

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması,  Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi

 

1)” Şuşasız 20 il”

2) Qondarma “erməni soyqırımı” iddiaları tarixi saxtalaşdırmaq cəhdidir

3) Dağlıq Qarabağ həqiqətləri qlobal informasiya məkanında

 

 

 

4.

 

 

Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi

 

 

1) İnkişafın Azərbaycan modeli: regionların sosial-iqtisadi inkişafı 

2) Regionların tarixi məşğulluq ənənələri bərpa olunur (Konkret rayonun nümunəsi əsa­sında)

3) Azərbaycanda nəhəng infrastruktur layihələri regional inkişafa təkan verir

 

 

 

5.

 

 

İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi

 

1) Medianın inkişafında İKT-nin rolu

2) Azərbaycanda informasiya cəmiyyəti quruculuğu: elektron hökumət

3) Azərbaycanda kosmik sənayenin inkişaf perspektivləri   

 

 

6.

 

 

 

 

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

 1) 2012-сi il “İdman ili”dir: fiziki və mənəvi kamilləşməyə aparan yol

2) Azərbaycan idmançıları beynəlxalq olimpiya hərəkatında     

3) Azərbaycanı dünyada tanıdan xüsusi istedadlı gənclər

 

 

 

7.

 

 

 

Elm və təhsilin inkişaf etdirilməsi

 1) Təhsildə novatorluq: yeni müasir nailiyyətlərin tətbiqi;

2) Təhsil və media: qarşılıqlı əlaqələrdə ictimai fayda;

3) Təhsil sahəsində beynəlxalq əməkdaşlığın təbliği;

 

 

 

8.

 

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkə­ləri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişaf etdi­ril­məsi

 

1) Azərbaycanda beynəlxalq tədbirlərin keçirilməsinin əhəmiyyəti

2) Azərbaycan regionun və Avropanın mühüm enerji təminatçısıdır

3) Azərbaycan beynəlxalq təşkilatlarda milli maraqlarını uğurla təmin edir

 

 

9.

 

 

Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi

1) Azərbaycançılıq ideologiyası: tarixdən müasirliyə

2) Xaricdəki diaspor təşkilatlarımız Azərbaycanı necə tanıdır

3) Milli birlik və həmrəyliyə xidmət edən dövlət siyasəti

 

10.

 

Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması

1) Möhkəm ailə sağlam cəmiyyətin təməlidir

2) Ailə dəyərləri və media

3) Məişət zorakılığı sosial problem kimi 

           
Hər mövzu üzrə 3 qalib müəyyən ediləcək; 2 qalib yeri respublika ərazisində yayılan qəzetlərin jurnalistləri, 1 qalib yeri isə region mətbuatında çalışan jurnalistlər üçün nəzərdə tutulub.

Hər mövzu üzrə maksimum 50 bal müəyyən olunur. 25-dan aşağı bal toplayan iştirakçı qalib ola bilməz.

Qaliblər Fondun xüsusi diplomu və 1000 (bir min) manat məbləğində pul mükafatı ilə təltif olunacaqlar.

Yazılar və sənədlərin qəbulu  7  iyun 2012-ci il tarixində başlayır və  16  iyul 2012-ci il tarixədə başa çatır. Nəticələr 22 iyul 2011-ci il tarixədək  elan ediləcək.


Modern.az 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu