Modern.az

Portuqaliyada qatar qəzaya uğradı

Portuqaliyada qatar qəzaya uğradı

Dünya

31 İyul 2020, 21:00

Portuqaliyanın mərkəzi hissəsində yüksək sürətli qatar qəzaya uğrayıb.

 

Modern.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi “SIC” telekanalına istinadən məlumat yayıb.

 

Məlumata görə, hadisə nəticəsində 1 nəfər ölüb, 37 nəfər yaralanıb, onlardan yeddisinin vəziyyəti ağırdır.

 

Qeyd edək ki, buna qədər “Reuters” sözügedən telekanala istinadən 50-yə yaxın yaralının olması barədə məlumat vermişdi.

 

Bildirilir ki, qatar Koimbra dairəsində yol təmiri maşını ilə toqquşduqdan sonra relsdən çıxıb. Qatarda təxminən 280 sərnişinin olduğu deyilir.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi