Modern.az

Qazaxıstanda virus əleyhinə peyvəndin sınaqlarına başlanılıb

Qazaxıstanda virus əleyhinə peyvəndin sınaqlarına başlanılıb

4 Avqust 2020, 16:43

Qazaxıstanın COVID-19 əleyhinə peyvənd hazırlayan 5 istehsalçısı vaksini öz üzərlərində sınayıb.

Modern.az xəbər verir ki, Kazinform-un məlumatına görə, bu barədə peyvəndin hazırlandığı Elmi Tədqiqat Bioloji Təhlükəsizlik Problemləri İnstitutundan məlumat verilib.

 

Bildirilib ki, Qazaxıstan Respublikası Təhsil və Elm Nazirliyinin Elm Komitəsinin Bioloji Təhlükəsizlik Problemləri Elmi Tədqiqat İnstitutunda 26 iyul 2020-ci ildə baş direktor K.D. Zakaryanın rəhbərliyi altında vaksinləşdirmə həyata keçirilib. Peyvəndin təhlükəsizliyi təsdiq edildikdən sonra digər 2 əməkdaş da peyvənd edilib. İnstitutdan verilən məlumata görə, peyvənləşdirilimiş əməkdaşlar gündəlik nəzarət altındadır. Onların səhhətinin yaxşı olması vaksinin təhlükəsiziliyini təsdiq edir. Eyni zamanda bu istehsalçılara əhalinin vaksinləşdirilməsindən öncə pereparatın təhlükəsizliyi və immungeni haqqında dəyərli informasiya verir. Qan və sidiyin biokimyəvi və hemotoloji analizi aparılır, qan seriumunda anticismlərin səviyyəsi və neytrallaşma reaksiyası araşdırılır. Kliniki sınaqlar avqustun 20-nə kimi başa çatacaq, nəticələr haqqında ölkənin Səhiyyə Nazirliyinə məlumat veriləcək.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI