“Bilmirəm nə üçün haqqımızda belə xəbərlər yayırlar…”
Ədalət Partiyasının sədri, millət vəkili İlyas İsmayılov rəhbərlik etdiyi partiyadan bir neçə nəfərin ayrılaraq Rəsul Quliyevin Açıq Cəmiyyət Partiyasına keçməsi ilə bağlı mətbuatda yayılan məlumatlara aydınlıq gətirib. Deputat Modern.az-a açıqlamasında deyilənlərin yalan olduğunu bildirib.
“Bütün bunlar yalandır. Partiyamızdan ayrılan yoxdur. Mən bilmirəm bunları kim özündən çıxardır. Əslində belə bir şey baş verməyib, heç kim partiyamızdan ayrılaraq başqa partiyaya keçməyib”-deyə İ.İsmayılov vurğulayıb.
Qeyd edək ki, keçmiş müsavatçı Sülhəddin Əkbər eks-spikerin rəhbərlik etdiyi Açıq Cəmiyyət Partiyasına sədr təyin edildikdən sonra bir sıra partiyalardan, o cümlədən Müsavat və Ədalət Partiyasından bəzi üzvlərin ayıraraq bu partiyaya keçəcəyi haqda məlumatlar yayılıb.
Anar RÜSTƏMOV