Modern.az

Sabah güclü külək əsəcək, yağış yağacaq

Sabah güclü külək əsəcək, yağış yağacaq

Təhsil

8 İyun 2012, 13:06

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Modern.az saytına verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, havanın arabir tutulacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. 
Havanın temperaturunun gecə 16-21, gündüz 24-29 dərəcə isti olacağı gözlənilir. 

Abşeronun çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlan, Türkan, Hövsan, Sahil və Şıxda 22-23 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında iyunun 09-da şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı rayonlarda qərb küləyinin güclənəcəyi ehtimal olunur. 

Havanın temperaturunun gecə 15-20, gündüz 25-30, dağlarda gecə 7-12, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir. 

Tibbi-meteoroloji proqnoza əsasən iyunun 10-u axşamadək Abşeron yarımadasında güclü şimal-qərb küləyinin davam edəcəyi gözlənilir. 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir