Modern.az

Operativ Qərargahın MÜRACİƏTİ: “Karantin qaydalarına riayət edilməsə...”

Operativ Qərargahın MÜRACİƏTİ: “Karantin qaydalarına riayət edilməsə...”

Ölkə

8 Avqust 2020, 11:08

Karantin qaydalarına riayət edilməsə və yoluxmalar alovlansa, təəssüf ki, yenidən sərtləşdirməyə getməyə məcbur olacağıq.

Modern.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov bildirib.

 

Ş.Mövsümov qeyd edib ki, dünyanın heç bir yerində virus bitməyib:

"Sosial şəbəkələrdə yazırlar ki, "filan ölkədə karantin yoxdur, insanlar maska da taxmır və s.". Mən demək istəyirəm ki, bunlar kökündən yanlış fikirlərdir".

 

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI