Modern.az

Yunus Oğuz: “Partiyamız seçkilər öncəsi fəaliyyətə başlayacaq"

Yunus Oğuz: “Partiyamız seçkilər öncəsi fəaliyyətə başlayacaq"

Təhsil

8 İyun 2012, 15:20

Milli Vəhdət Partiyası (MVP) seçki öncəsi fəaliyyətə başlayacaq. Bu barədə Modern.az-a partiyanın sədri Yunus Oğuz məlumat verib.

Y.Oğuz hazırda Milli Vəhdət Partiyasının çox passiv fəaliyyət göstərdiyini deyib: “Amma seçkilər öncəsi aktiv fəaliyyətə keçəcəyik. Bunun hansı seçki (prezident, parlament) öncəsi olacağını hələ dəqiqləşdirməmişik”.

Qeyd edək ki, Yunus Oğuz 1998-ci ildən Vəhdət Partiyası (VP) sədrinin birinci  müavini olub,  2000-ci ildə keçirilən qurultayda VP-nın adı dəyişərək Milli Vəhdət Partiyası (MVP) elan edilib və qurultayda Yunus Oğuz MVP-nın sədri seçilib.

Y.Oğuz həmçinin “Olaylar İnformasiya Agentliy”inin baş direktoru və “Olaylar” qəzetinin baş redaktorudur.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir