Modern.az

Paytaxtda koronavirusdan daha 12 nəfər öldü

Paytaxtda koronavirusdan daha 12 nəfər öldü

Aktual

9 Avqust 2020, 00:31

Rusiyanın paytaxtı Moskvada ötən sutka ərzində yeni növ koronavirusdan daha 12 nəfər ölüb.

Modern.az  Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.

Məlumata görə, Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 12 xəstə dünyasını dəyişib.

Qeyd edək ki, ümumilikdə Moskvada koronavirusdan ölənlərin sayı 4 572 nəfərə çatıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi