Xaçmaz rayonunda dələduzluqla məşğul olan qəzet redaktoru barəsində rayon Polis bölməsinə şikayət daxil olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, iyunun 7-də Xaçmaz rayonunun Köhnə Xudat kəndindəki uşaq bağçasının müdiri Rəmiyyə İsmayılova Rayon Polis Şöbəsində müraciət edərək, cari ilin mart ayının 7-də "Mayak" qəzetinin redaktoru Azər Əliyev və qəzetin təsisçisi Nuranə Qarabağlı tərəfindən aldadılaraq 65 manat pulunun və şəxsiyyət vəsiqəsinin alınmasını bildirib. Hazırda məsələ ilə bağlı araşdırma aparılır.
Modern.az