Modern.az

Salyan və Ağstafada “Ford” yandı

Salyan və Ağstafada “Ford” yandı

13 Avqust 2020, 19:20

Ağstafa rayonunun Xətai kəndində "Ford" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

 

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Salyan rayonunda isə "Ford" markalı yük avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu