Modern.az

Yardımlıda avtomobil qəzası 104 abonenti qazsız qoydu

Yardımlıda avtomobil qəzası 104 abonenti qazsız qoydu

Aktual

13 Avqust 2020, 22:41

Bu gün axşam saatlarında Yardımlı rayonunun Gavran kəndini təbii qazla təmin edən diametri 219 mm olan ortatəzyiqli qaz xətti zədələnib.

"Azəriqaz” İstehsalat Birliyindən  Modern.az-a verilən məlumata görə, qəza nəticəsində NİVA markalı maşın, təqribən, 35 m uzunluğunda qaz borusunu sürüyərək yararsız hala salıb.


Təhlükəsizlik tədbiri olaraq 104 abonentin qaz təchizatı müvəqqəti olaraq dayandırılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi