Modern.az

Dünyada koronavirusa yoluxanların sayı 21 milyonu keçdi

Dünyada koronavirusa yoluxanların sayı 21 milyonu keçdi

Aktual

14 Avqust 2020, 09:54

Dünyada koronavirus 21 068 666 nəfərdə aşkar edilib.

 

Modern.az xəbər verir ki, virusdan 757 444 nəfərin öldüyü, 13 920 144 nəfərin sağaldığı məlumdur. 

 

Dünyada koronavirusun ən çox yayıldığı ölkələr ABŞ (5 415 666 nəfər), Braziliya (3 229 621 nəfər), Hindistan (2 459 613 nəfər), Rusiya (907 758 nəfər) və Cənubi Afrikadır (572 865 nəfər).

 

Koronavirusun ilk yayıldığı Çin 84 786 yoluxma ilə siyahıda 32-cidir.

 

Sərhəd qonşularımızdan İranda koronavirus 336 324, Türkiyədə 245 635, Ermənistanda 41 023, Gürcüstanda 1 283 nəfərdə qeydə alınıb.

 

Azərbaycanda koronavirusa yoluxmuş 33 915 nəfərin 31 269-u sağalıb, 500-ü ölüb.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi