Qırğızıstanın Bişkek şəhər məhkəməsi ölkənin sabiq prezidenti Almazbek Atambayevin həbs qərarını qüvvədə saxlayıb.
Modern.az-ın məlumatına görə, birinci instansiya məhkəməsinin qərarı ilə bağlı həm müdafiə, həm də ittiham tərəfi apellyasiya şikayəti verib.
Qeyd edək ki, A.Atambayev iyunun 23-də korrupsiya ittihamı ilə 11 il 2 ay müddətində azadlıqdan məhrum edilib.