Modern.az

Müdafiə Nazirliyi iki zabitin minaya düşdüyünü təsdiqlədi

Müdafiə Nazirliyi iki zabitin minaya düşdüyünü təsdiqlədi

Təhsil

11 İyun 2012, 09:51

Cəbhədə vəziyyət gərgin olaraq qalır. Azərbaycan Müdafiə Nazirliyi mətbuat xidmətindən Modern.az-a verilən məlumatda belə bildirilir.  Qeyd edilir ki, Ermənistanın silahlı bölmələri iyunun 10-u saat 08.00-dan bu gün səhər saat 08//.00-dək qoşunların təmas xəttinin Ağdam, Goranboy, Tərtər, Füzuli və Gədəbəy rayonları istiqamətlərində atəşkəs rejimini pozmaqda davam ediblər və atışmalar intensiv xarakter daşıyıb.

Azərbaycan tərəfinin heç bir itkisi və yaralısı olmayıb. Düşmən cavab atəşi ilə susdurulub.

Bu arada Azərbaycan Silahlı Qüvvələrinin iki zabitinin minaya düşdüyü barədə məlumat yayılıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev Modern.az-a açıqlamasında faktı təsdiqləyib. Bunlar kapitan İlqar  Tapdıq oğlu Verdiyev və kapitan Zahir Allahqulu oğlu Məmmədovdur.

Ağır yaralanan hər iki zabit hospitala yerləşdirilib. İlqar Verdiyevin qolu, Zahir Məmmədovun isə ayağı amputasiya olunub. Hazırda onların vəziyyətlərinin stabil olduğu bildirilir.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir