Belarusun BATE klubunun futbolçusu Anton Saroka sərbəst buraxılıb.
Modern.az xəbər verir ki, ölkədə prezident seçkilərindən sonra keçirilən etiraz aksiyası zamanı saxlanılan belaruslu hücumçu azadlığa çıxıb.
Daha əvvəl 28 yaşlı oyunçuya 7 sutkalıq inzibati həbs cəzası verilmişdi.