İyunun 8-də keçirilən buraxılış imtahanın nəticələri bu gün açıqlanacaq. Bu barədə Modern.az-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə məlumat verib. TQDK rəsmisi bildirib ki, iyunun 8-də keçirilən imtahanın nəticələri ilə bağlı proses başa çatmaq üzrədi və bu gün günortadan sonra nəticələrin açıqlanacağı gözlənilir.
Qeyd edək ki, TQDK iyunun 8-də Sumqayıt, Abşeron, Xətai, Xızı, Siyəzən, Şamaxı, İsmayıllı, Qobustan, Quba, Şabran, Qusar və Xaçmaz şəhərlərində orta ümumtəhsil müəssisələrinin XI və IX sinif şagirdləri üçün buraxılış imtahanları keçirmişdi. TQDK-nın məlumatına əsasən, müxtəlif binalarda 8 şagird müxtəlif qayda pozuntularına yol verdiklərinə, o cümlədən imtahan binasına mobil telefonla keçmə, imtahanın gedişinə mane olma və köçürməyə cəhd etdiklərinə görə imtahandan xaric edilib və nəticələri ləğv olunmuşdur.
Mail Ağaxanov