Modern.az

Deputat xüsusi mükafata layiq görülüb

Deputat xüsusi mükafata layiq görülüb

Təhsil

11 İyun 2012, 13:11

Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin təşəbbüsü ilə Milli Qurtuluş günü ilə bağlı “Azərbaycan – İraq mədəni əlaqələri: dünəni, bu günü və gələcəyi” adlı silsilə tədbirlər çərçivəsində İraq Türkmanlarının möhtəşəm ədəbi-bədii gecəsi keçirilib. Modern.az-ın məlumatına görə, ədəbi-bədii gecədə millət vəkili, Azərbaycan-İraq Parlamentlərarası Dostluq qrupunun üzvü, Qənirə Paşayeva, İraqın Azərbaycandakı səfiri Heydər Ş.Əl- Barak, millət vəkilləri Xanlar Fətiyev, Cavanşir Paşazadə, Musa Qasımlı, Etibar Hüseynov, Jalə Əliyeva, Sədaqət Vəliyeva, Sabir Rüstəmxanlı, professor Qəzənfər Paşayev,  İraq parlamentinin keçmiş üzvü, şair Fövzi Əkrəm Tərzioğlu,  Dr. Şəmsəddin Kuzəçi, tanınmış səhnə ustası İsmət Hürmüzlü, Xalq şairi Zəlimxan Yaqub, “Türkmeneli” TV-nin Xəbər müdiri Ali Makram Qarib və başqaları iştirak ediblər.

Tədbirə aparıcılığı və açılışı uzun illər İraqda çalışmış, İraqla, xüsusilə İraqda yaşayan soydaşlarımızın ədəbiyyatı, folkloru ilə bağlı çoxlu sayda kitabların və araşdırmaların müəllifi professor Qəzənfər Paşayev edib. Professor çıxışında Azərbaycan - İraq ədəbi, mədəni, tarixi əlaqələrindən, tədbirin əhəmiyyətindən danışıb.

Daha sonra Q.Paşayeva çıxış edərək tədbirin əhəmiyyətini yüksək qiymətləndirib. Deputat çıxışı zamanı İraqla, Kərküklə bağlı xatirələrindən də danışıb. O, İraqın dini baxımdan da Azərbaycan üçün böyük önəmindən danışıb.

Millət vəkili Azərbaycanın müstəqilliyini yenidən bərpa etməsindən sonra qurulan Azərbaycan İraq- dövlətlərarası əlaqələrinin, dövlətlərarası mədəni əlaqələrin iyirminci ilinin tamam olduğunu da vurğulayaraq bildirib ki, bir həftə davam edəcək.

"Azərbaycan – İraq mədəni əlaqələri : dünəni, bu günü və gələcəyi” tədbirlər silsiləsi də həm Azərbaycan-İraq mədəni əlaqələrinin inkişafına, həm də bu ölkədə yaşayan qardaş-bacılarımızla əməkdaşlığımızın daha da genişlənməsinə öz töhfəsini verəcək. Ölkəmizin prezidenti cənab İlham Əliyevin siyasəti İraqla münasibətlərin genişlənməsi istiqamətində də bizə yol göstərir. Hər kəs əlindən gələn qədər bu işə öz töhfəsini verməlidir”.

Qənirə Paşayeva xalq şairi Zəlimxan Yaqubun “Kərkük” poemasının  “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi tərəfindən yenidən çap edilərək İraqdakı soydaşlarımıza hədiyyə olunacağını,  eyni zamanda  İraqın keçmiş deputatı, şair Fövzi Əkrəm Tərzioğlunun illər əvvəl yazdığı “Azərbaycan dastanı” kitabı da yenidən nəşr edilərək Azərbaycan oxucularına hədiyyə ediləcəyini bildirib.

“İnşallah İraqda, Bağdadda, Kərkükdə, Ərbildə yaxın zamanlarda birlikdə gecələr keçirəcəyik. Mən sizə də, özümə də, bütün hamımıza arzu edirəm ki, gələn görüşümüzü və bu cür gecələri birlik və bərabərlik içində işğaldan azad edəcəyimiz Qarabağımızda, Şuşamızda, Xankəndimizdə keçirək.Mən inanıram ki, o gün uzaqda deyil”, – deyə Q.Paşayeva vurğulayıb.

İraqın Azərbaycandakı səfiri Heydər Şia Əl-Bərəkə, millət vəkili Xanlar Fətiyev, Dr. Şəmsəddin Kuzəçi, İraq parlamentinin keçmiş üzvü, şair Fövzi Əkrəm Tərzioğlu, Türkməneli Kültür Mərkəzi başqanı Mustafa Ziya, professor Qəzənfər Paşayev millət vəkili Qənirə Paşayevanın  rəhbərlik etdiyi “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi adından Azərbaycan-İraq mədəni əlaqələrinin inkişafına verdiyi dəstəyə görə mükafatlar ilə təltif ediliblər.

Sonra  İraq ( Kərkük) sənətçiləri öz türkülərini səsləndirmək üçün  səhnəyə  dəvət olunub. Daha sonra İraqdan gələn məşhur türkman musiqiçisi İsmail Tərzioğlu  musiqiçi əməkdar artist Tünzalə Ağayeva ilə də bir duet oxuyub. Həmçinin İraqdan gələn qonaqlarla yanaşı səhnəyə Azərbaycan  sənətçilərindən Şəmistan Əlizamanlı və Nuriyə Əhmədova çıxdı. Ədəbi-bədii gecə ərzində könül oxşayan türkülər və bayatılar da səsləndi. Səsləndirdiyi şeirləri ilə bütün zalı və həmçinin İraqdan gələn sənətçilərin könlünü oxşayan bədii qirayət ustası, aktyor Ağalar Bayramov da gecənin qonağı idi. İraq ( Kərkük) sənətçilərinin çıxışları salonun alqışları ilə qarşılanıb.

Daha sonra səhnəyə İraqın Azərbaycandakı səfiri Heydər Ş.Əl-Barak hər iki ölkənin mədəni və tarixi əlaqələrinin qədimliyindən danışdı və əməkdaşlığın genişləndirilməsi üçün böyük perspektivlərin olduğunu və bu əməkdaşlığın getdikcə daha da  genişlənəcəyini bildirib. O dedi ki, yaxın zamanlarda Bakı-Nəcəf təyyarə resyləri fəaliyyətə başlayacaq ki, bu da qarşılıqlı gediş-gəlişin artmasına və inkişafına öz töhfəsini verəcək Səfir bütün istiqamətlərdə dost-qardaş Azərbaycanla əlaqələrin inkişafına böyük önəm verdiklərini deyib.

Millət vəkili Xanlar Fətiyev bu tədbirlər silsiləsinin keçirilməsinin həm Azər-İraq əlaqələri, həm İraqda yaşayan soydaşlarımızla əlaqələrin daha da  genişlənməsi istiqamətində önəmini qeyd edib. Millət vəkili Cavanşir Paşazadə də Azərbyacan-İraq əlaqələrinin inkişafının önəmindən danışıb.

Xalq şairi Zəlimaxn Yaqub İraqın, qədim Kərkükün Azərbaycana nə qədər döğma olmasından, bu torpaqlarda yatan böyük Azərbaycan, Türk ziyalılarından və özünün bir neçə il əvvəl Kərkükə həsrt etdiyi poemasından danışdı və onun Kərkük poemasından parçalar səsləndirib.

Deputat Sabir Rüstəmxanlı  da Azərbaycan-İraq mədəni əlaqələrini tarixi köklərindən və daha da genişləndirilməsinin zərurətindən danışıb.

Tədbirin keçilməsini təşəbbüskarlarından biri olan Dr. Şəmsəddin Kuzeci bu cür tədbirlərin keçirilməsinin vacibliyindən, Azərbaycan türkləri ilə İraq tüklərinin qardaş olması, ləhcələrimizin belə 98 faiz eyni olması, Azərbaycanla İraq arasında və ölkəmizlə İraqda yaşayan soydaşlarımız arasında əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyi, bu cür tədbrlərin birlikdə İraqda, soydaşlarımızın kompakt yaşadığı Kərkükdə, Ərbildə və s. şəhərlərdə də keçirilməsinin vacibliyini qeyd edib. Sonra Türkməneli Vaqfi tərəfindən təşkilatın rəhbərliyi millət vəkili Qənirə Paşayevaya, Xanlar Fətiyevə, Heydər Ş.Əl-Baraka professor Qəzənfər Paşayeva təltif və mükafatlarını  təqdim ediblər. İraq parlamentinin keçmiş üzvü, şair Fövzi Əkrəm isə İraqın Azərbaycandakı səfiri Heydər Ş.Əl-Baraka İraqın Gənclik və İdman naziri Casim Məhəmməd Cafer adından İraq-Azərbaycan əlaqələrinin inkişafındakı roluna görə mükafatı təqdim edib.

İraqın keçmiş deputatı, şair Fövzi Əkrəm Tərzioğlu öz ürək sözləri ilə bölüşəndən sonra Azərbaycana həsr etdiyi “Azərbaycan dastanı”ndan parçalar səsləndirib.  

Qeyd edək ki, İraqdan gələn nümayəndə heyətinin səfər proqramı kifayət qədər zəngindir. Proqram çərçivəsində keçiriləcək ən önəmli tədbirlərdən biri də “Azərbaycan – İraq mədəni əlaqələri: dünəni, bu günü, gələcəyi” adlı elmi-praktik konfrans olacaq. Konfrans Atatürk Mərkəzində baş tutacaq.

Qonaqların Qarabağa – Xocavənd rayonuna səfəri, qaçqın və məcburi köçkünlərlə görüş və böyük konsert proqramının düzənlənməsi də nəzərdə tutulub. Tovuza da səfər edəcək İraqlı soydaşlarımız hərbçilər qarşısında konsert verəcək, eləcə də rayonun mərkəzi meydanda geniş konsert proqramı ilə çıxış edəcəklər. Eyni zamanda qonaqlar Gəncədə hərbçilərlə də görüşəcək, musiqi qrupu isə konsert proqramı ilə çıxış edəcək.

Qonaqların həmçinin Qubadakı “Soyqırım məzarlığı”nı ziyarət etməsi, İctimai TV-də  canlı yayımda çıxış etmələri də planlaşdırılmışdır.

 

 

 

 

 

 

 

 

 

Modern.az

 

 

 

 

 

 

Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir