Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalında 9 PKK terrorçusunu zərərsizləşdirib.
Modern.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi bildirib.
Məlumata əsasən, əməliyyat Haftanin, Zap və Avaşin rayonlarında həyata keçirilib:
"Bununla da son 10 gündə Türkiyə Silahlı Qüvvələri tərəfindən zərərsizləşdirilən terrorçuların sayı 143 nəfərə çatıb".