Modern.az

Daşqınlar 217 nəfərin həyatına son qoydu

Daşqınlar 217 nəfərin həyatına son qoydu

15 Avqust 2020, 23:09

Banqladeşdə baş verən daşqınlar 217 nəfərin həyatına son qoyub.

 

Modern.az xarici mediaya istinadən xəbər verir ki, iyunun 30-dan davam edən musson yağışları nəticəsində meydana gələn daşqınlar daha 850 min nəfəri öz yerlərindən digər salıb.

Bildirilir ki, suyun çirklənməsi səbəbindən 47 min insan müxtəlif viruslara yoluxub. İki milyona yaxın insanın humanitar yardıma və sığınacaqa ehtiyacı var.

Bu arada Avropa Birliyi Banqladeşə 1 milyon 940 min ABŞ dolları yardım ayrıldığını vurğulayıb.

Eyni zamanda BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisindən (OCHA) verilən açıqlamada Banqladeşdə 40 milyon dollarlıq bir proqramın başladıldığı qeyd olunur.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama