Modern.az

Jurnalistlər üçün yeni müsabiqə - 6400 manat mükafat fondu var

Jurnalistlər üçün yeni müsabiqə - 6400 manat mükafat fondu var

11 İyun 2012, 19:39

Nizami  Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu fərdi jurnalist yazıları üçün birgə yazı müsabiqəsi elan edib.

Fonddan Modern.az-a bildirilib ki, müsabiqənin məqsədi Nizami rayonunun sosial-iqtisadi və ictimai həyatındakı proseslərin ictimaiyyətə daha yaxından çatdırılmasında peşəkar jurnalist yaradıcılığını stimullaşdırmaqdır.

Müsabiqə “Nizami  rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər“ mövzusunda keçirilir. Müsabiqədə ən azı bir il  müddətində kütləvi informasiya vasitələrində (qəzet, jurnal və informasiya agentliklərində)  fasiləsiz çalışan şəxslər müsabiqədə iştirak edə bilərlər.

Yazıların qəbulu    12 iyun  2012-ci il tarixində başlayır,   12 iyul  2012-ci il tarixdə başa çatır. 

Müsabiqəyə təqdim olunmuş yazıların mükafatlandırılması aşağıdakı kimi olacaq:

I -ci  yer üçün  bir,  

II -ci  yer üçün iki, 

 III -cü yer üçün  üç yazı qaliblərinin mükafatlandırılması nəzərdə tutulub. 

Bundan əlavə,  10 yazı  müəllifinə  həvəsləndirici mükafatlar veriləcək.

I   yer -         1 000  manat   (1 000 manat)

II  yer -            800  manat    (1 600 manat)

III  yer -            600  manat   (1 800 manat)

Həvəsləndirici mükafat  -    200  manat   (2 000 manat)

Qaliblər, həmçinin Nizami  Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında  Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun  xüsusi diplomu ilə təltif olunacaqlar.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu