Modern.az

Fransa yığması İngiltərə ilə bərabərə qaldı

Fransa yığması İngiltərə ilə bərabərə qaldı

Təhsil

11 İyun 2012, 23:09

Bu gün futbol üzrə Avropa çempionatının qrup mərhələsində Fransa ilə İngiltərə yığmaları üz-üzə gəlib.

D qrupunda mübarizə aparan komandalar maraqlı oyun nümayiş etdirsələrdə meydanda sülhlə razılaşmalı olublar. Futbol sevərlərin maraqla izlədiyi qarşılaşmada ilk qolu ingilislər vursalar da Fransa yığması cəmi 9 dəqiqə sonra hesabı bərabərləşdirə bilib. Belə ki, matç 1:1 hesabı ilə başa çatıb.

Xatırladaq ki, 2004-cü ildə bu komandalar arasında baş tutan görüş 2:1 hesabı ilə Fransanın xeyrinə başa çatmışdı.

Ukrayna və Polşanın birgə təşkilatçılığı ilə keçiriləcək turnirdə D qrupu üzrə günün son qarşılaşmasında isə digər təşkilatçı ölkə Ukrayna millisi İsveçi sınağa çəkəcək. İsveçdən fərqli olaraq Ukrayna yığması turnir boyu doğma azarkeş amilindən maksimum yararlanmağa çalışacaq. Ukrayna - İsveç matçından sonra qrup mərhələlərinin I turuna yekun vurulacaq.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir