Modern.az

Elektrik dirəyindən yıxılan kişinin onurğası sındı

Elektrik dirəyindən yıxılan kişinin onurğası sındı

Aktual

19 Avqust 2020, 00:12

Bakının Binəqədi rayonunda bədbəxt hadisə baş verib.

Modern.az xəbər verir ki, hadisə rayonun Goradil kəndində qeydə alınıb.

Belə ki, 1964-cü il təvəllüdlü Namazov Arif Qəşəm oğlu elektrik dirəyində işləyərkən ehtiyatsızlıqdan yerə yıxılıb. A.Namazov hadisə yerində ağır bədən xəsarətləri alıb.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı ona sağ mil sümüyünün yerdəyişən və onurğa sümüyünün sınığı, qarnının küt travması diaqnozları qoyulub. (Report)

Whatsapp
Bizə yazın!
Keçid et