Modern.az

ADU-da imtahanların gedişi izlənilib

ADU-da imtahanların gedişi izlənilib

12 İyun 2012, 10:45

Təhsil Nazirliyinin ali və orta ixtisas  təhsili şöbəsinin baş məsləhətçisi İradə Quliyeva Azərbaycan Dillər Universitetində (ADU) imtahanların gedişini izləyib. ADU-nun mətbuat xidmətindən Modern.az-a bildirilib ki, izləmə prosesində ADU-nun Tədris hissəsinin müdiri və Opertaiv Qərargahın sədri Lyudmila Muradova da iştirak edib.
Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsində “ASOR” (seçmə fənni), “Beynəlxalq münasibətlər tarixi”,  1 saylı İngilis dili fakültəsində “Tibbi biliklərin əsasları”, “Ölkəşünaslıq”, “Üslubiyyat”, 2 saylı İngilis dili fakültəsində  “İngilis dilinin tədrisi metodikası”, Tərcümə fakültəsində  “Xarici dil - II”, Alman dili fakültəsində “Seçmə fənn”, Fransız dili fakültəsində “Fransız dili- post debutant pillə” fənlərindən keçirilən imtahanların monitorinqini aparan Təhsil Nazirliyinin baş məsləhətçisi İradə Quliyeva bildirib ki, yay imtahan sessiyasında şəffaflığı təmin etmək və yaranacaq mənfi halları aradan qaldırılması məqsədilə nazirlikdə “Qaynar xətt” fəaliyyət göstərir.

Daha sonra ADU-nun  Tədris hissəsinin müdiri  və Opertaiv Qərargahın sədri Lyudmila Muradovanın sədrliyi ilə qərargah üzvlərinin və Fransız, 2 saylı İngilis dili, Tərcümə, Alman dili və Filologiya fakültə dekanlarının iştirakı ilə  təklif və şikayətləri qəbul etmək üçün müvafiq qutular açılıb. Qeyd edək ki, Fransız dili fakültəsində “Fransız dili- post debutant pillə” fənnindən imtahanı Starsburq Universitetinin müəllimi Jan Pol-Meyer və həmin universitetin doktorantı Angelina Aleksandrova götürüblər.

Xatırladaq ki, ADU-da Yay imtahan sessiyası iyunun 1-dən başlayıb. İyunun 30-dək davam edəcək yay imtahan sessiyası 5 fakültənin (Tərcümə, Fransız dili, Alman dili, Filologiya, Regionşünaslıq və Beynəlxalq münasibətlər) əyani gündüz, 1 saylı ingilis dili fakültəsinin əyani gündüz və qiyabi şöbələrində, 2 saylı İngilis dili fakültəsinin isə əyani gündüz və axşam şöbələrində aparılır.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir