Modern.az

Çempionlar Liqasının ilk finalçısı məlum oldu

Çempionlar Liqasının ilk finalçısı məlum oldu

Aktual

19 Avqust 2020, 00:59

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsi çərçivəsində ilk oyun keçirilib.

 

Modern.az xəbər verir ki, ilk oyunda Fransa PSJ-si ilə Almaniyanın "Leyptsiq" komandası üz-üzə gəlib. Rəqibini 3:0 hesabı ilə məğlub edən Fransa klubu finala vəsiqə qazanıb.

Portuqaliyanın paytaxtı Lissabondakı "Eştadiu Da Luj" stadionunda keçirilən görüşdə hesabı 13-cü dəqiqədə Markos Korrea açıb. İlk hissənin sonlarında fransızlar növbəti dəfə rəqibi cəzalandırıblar. 42-ci dəqiqədə Anxel di Mariya fərqi 2 topa çatdırıb - 2:0. İlk yarı bu hesabla başa çatıb.


İkinci hissədə PSJ daha bir qol vurub. Xuan Bernat 52-ci dəqiqədə fərqlənərək yekun hesabı müəyyənləşdirib.


Qeyd edək ki, PSJ finalda bu gün keçiriləcək "Lion" (Fransa) - "Bavariya" (Almaniya) cütünün qalibi ilə qarşılaşacaq. Həlledici oyun avqustun 23-də olacaq.

Whatsapp
Bizə yazın!
Keçid et