Modern.az

Qanunsuz ov tüfəngi götürüldü

Qanunsuz ov tüfəngi götürüldü

Aktual

19 Avqust 2020, 11:09

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi məqsədilə uğurlu əməliyyat-axtarış tədbiri keçirilib.

 

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Modern.az verilən məlumata görə, şöbə əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə rayonun Cimi kənd sakini Qaflan Mirzəyevdən bir ədəd müvafiq sənədləri olmayan “Bum” markalı ov tüfəngi aşkar edilərək götürüblər.

 

Faktla bağlı araşdırma aparılır. Həmin silahın hər hansı bir cinayət hadisəsində istifadə edilib-edilməməsi araşdırılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et