Modern.az

Gürcüstanda qalan daha 119 Azərbaycan vətəndaşı gətirilir

Gürcüstanda qalan daha 119 Azərbaycan vətəndaşı gətirilir

Aktual

19 Avqust 2020, 11:15

Gürcüstandan Azərbaycan vətəndaşlarının təxliyəsi davam edir.

 

Modern.az xəbər verir ki, artıq növbəti təxliyə prosesi başlayıb.

 

Bu gün daha 119 Azərbaycan vətəndaşının Gürcüstandan təxliyə edilməsi planlaşdırılır. Bundan başqa, təxliyə edilənlər arasında Rusiya və Gürcüstan vətəndaşlarının da olduğu bildirilir.

 

Təxliyə olunacaq şəxslər artıq Tbilisidə COVID-19 testindən keçiriliblər. Testi neqativ çıxan şəxslər ayrılmış xüsusi avtobuslarla "Sınıq Körpü" sərhəd-keçid məntəqəsinə gətirilirlər.

 

Qeyd edək ki, qaydalara əsasən ölkəyə gələn vətəndaşlardan koronavirus testi neqativ çıxanlar karantində saxlanılmır.

Twitter
Sizə yeni tvit var
Keçid et