Modern.az

Şamaxıda qonşularını hədələyib, atəş açdı

Şamaxıda qonşularını hədələyib, atəş açdı

Aktual

19 Avqust 2020, 13:28

Şamaxı Rayon Polis Şöbəsinə avqustun 18-də Nağaraxana kəndi ərazisində kənd sakini E.Babayevin xuliqanlıq zəminində ov tüfəngindən havaya atəş açaraq həmkəndliləri Ə.Cavadovu və onun həyat yoldaşını hədələməsi barədə məlumat daxil olub.

 

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, sərhal polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri ilə E.Babayev saxlanılıb.

 

Ondan müvafiq sənədləri olan “İJ-27” markalı ov tüfəngi götürülüb.

 

Araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir