Avqustun 27-də “SƏLİS Könüllüləri”nin onlayn konfransı keçiriləcək. QHT Şurasının Katibliyindən Modern.az-a verilən məlumata görə, konfransda “SƏLİS Könüllüləri”nin Təşkilat Komitəsinin son 6 aylıq hesabatı dinləniləcək və “SƏLİS Könüllüləri” İctimai Birliyi rəsmən təsis olunacaq.
“SƏLİS Könüllüləri”nə qoşulmaq və konfransda iştirak etmək üçün avqustun 25-nə kimi innobank.az saytında "SƏLİS Könüllü Bankı" vasitəsilə qeydiyyatdan keçmək olar.
Konfrans haqqında əlavə məlumat almaq istəyənlər Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının məsləhətçisi Sima Cabbarova ([email protected], +994124931780 (402)) ilə əlaqə saxlaya bilərlər.