Bakıda iyulun 14-də orduya dəstək yürüşü ilə bağlı saxlanılan Mehdi İbrahimov azadlığa çıxıb.
Modern.az xəbər verir ki, bu barədə onun vəkili Aqil Layıcov özünün Facebook səhifəsində məlumat yayıb.
M.İbrahimov karantin qaydalarını pozaraq COVİD-19 infeksiyasını yaymaqda ittiham olunaraq barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilmişdi.
Bu qərardan verilən şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılıb və M.İbrahimovun azadlığa buraxılmasına qərar verilib.