Modern.az

Mədəniyyət naziri ABŞ-ın Azərbaycandakı səfiri ilə görüşdü

Mədəniyyət naziri ABŞ-ın Azərbaycandakı səfiri ilə görüşdü

Aktual

19 Avqust 2020, 16:20

Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Mədəniyyət nazirinin birinci müavini Anar Kərimov ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqerlə görüşüb. 

 

Modern.az-ın xəbərinə görə, bu barədə A. Kərimov “Twitter”də bildirib.

 

A.Kərimov qeyd edib ki, “Amerika guşələri” proqramı çərçivəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu növbəti 2020-2023 illər üçün uzadılıb.

 

Görüşdə ABŞ və Azərbaycan arasında digər sahələrdə əməkdaşlıq imkanları müzakirə olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et