Türkiyədə son sutka ərzində daha 23 nəfər koronavirusdan ölüb.
Modern.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.
Nazir bildirib ki, bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 6 039 nəfərə çatıb:
"Bu gün ölkədə koronavirus testindən keçib, onlardan 1 303-nün cavabı pozitiv çıxıb.
Bununla da yoluxanların ümumi sayı 233 915 nəfərə çatıb. Müalicə olunan 1 002 xəstə isə bu gün evə buraxılıb".