Modern.az

“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi müəyyənləşdi

“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi müəyyənləşdi

Aktual

19 Avqust 2020, 23:53

"Qarabağ"ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi bəlli olub.

Modern.az xəbər verir ki, buna Tiraspolda keçirilən "Şerif" (Moldova) - "Fola" (Lüksemburq) qarşılaşmasının nəticəsi aydınlıq gətirib.

Rəqibi üzərində 2:0 hesabı ilə qalib gələn "Şerif" II raunda yüksəlib. Bununla da ÇL-də mübarizəni davam etdirən Moldova klubu II təsnifat mərhələsində "Qarabağ"a rəqib olub.

Bu komandalar arasında görüş avqustun 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Qeyd edək ki, "Qarabağ" I raundda Şimali Makedoniyanın "Sileks" komandasını  4:0 hesabı ilə məğlub edib.

Twitter
Sizə yeni tvit var
Keçid et