Modern.az

Bu ölkə də Azərbaycan vətəndaşları üçün sərhədlərini açdı

Bu ölkə də Azərbaycan vətəndaşları üçün sərhədlərini açdı

21 Avqust 2020, 18:59

Qırğızıstan Azərbaycan da daxil olmaqla, 31 ölkənin vətəndaşları üçün sərhədlərini açıb.

 

Modern.az “Sputnik Qırğızıstan”a istinadən bildirir ki, siyahını Koronavirusla Mübarizə üzrə Respublika Qərargahı dərc edib. 

 

Siyahıya Rusiya, Gürcüstan, Ermənistan, Belarus, Qazaxıstan, Türkmənistan, Belçika, Avstriya, Böyük Britaniya, Türkiyə, Almaniya, İrlandiya və s. ölkələr daxildir.

 

Qeyd olunur ki, həmin dövlətlərdə epidemioloji vəziyyətin sabitləşdiyi müşahidə edilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi