Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Modern.az xəbər verir ki, yol qəzası Binəqədi rayonunun Sulutəpə qəsəbəsində qeydə alınıb.
Belə ki, qəsəbə ərazisində iki minik avtomobili toqquşub. Hadisə nəticəsində hər iki nəqliyyat vasitəsinin sürücüləri - 1983-cü il təvəllüdlü Manafov Taleh Xanoğlan oğlu və1972-ci il təvəllüdlü Məmmədov Elnur Ramiz oğlu xəsarət alıb.
Yaralılar təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıblar və onların hər ikisinə döş qəfəsinin əzilməsi diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır. (Report)