Modern.az

AGBank “ Yay olimpiya oyunlarına pulsuz tur ” kampaniyasının qaliblərini seçdi

AGBank “ Yay olimpiya oyunlarına pulsuz tur ” kampaniyasının qaliblərini seçdi

Təhsil

13 İyun 2012, 11:13

 

AGBankın VİSA ilə birgə keçirdiyi Yay olimpiya oyunlarına pulsuz tur kampaniyasının qalibi Əliyev Rəşad Firudin oğlu seçilib. Qeyd edək ki kampaniya mart ayının 1-dən may ayının 31-dək davam edib. Əliyev Rəşad 2 nəfərlik  “Olimpic” paketi ilə (ümumi məbləğ 7500 $) mükafatlandırılıb. Müqavilə paketi 04.08.12-ci ildən 07.08.12-ci ilədək qüvvədədir ilk və son tarix daxil olmaqla. “Hədiyyə paketi”nə - Londona ikitərəfli biletlər,  2 nəfərlik proqram (4 gün / 3 gecə), hava limanında qarşılama, 4 ulduzlu oteldə 2 nəfərlik yerləşdirmə və s. daxildir.

İkinci və üçüncü yerləri tutan Bayramov Rafael və Almazov Cəmaləddin  AGBank tərəfindən xüsusi VİP hədiyyələr ilə mükafatlandırılıblar.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir