Modern.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, İsrail parlamentinin dünən keçirilən iclasında qondarma “erməni soyqırımı” məsələsi müzakirəyə çıxarılıb. 1915-ci il hadisələri ilə bağlı İsrail Knessetində geniş müzakirələr aparılıb. Parlament sədri Reuven Rivlin jurnalistlərə verdiyi açıqlamada “erməni soyqırımı”nın müzakirəyə çıxarılmasının Türkiyə ilə yaşanan soyuq münasibətlərlə bağlı olmadığını deyib.
"Mövzudan Türkiyəni və ya mövcud Türkiyə hökumətini məsul tutmaq kimi bir niyyətimiz yoxdur"-deyə qeyd edən spiker məsələnin siyasiləşdirilməsinin lazımsız olduğunu vurğulayıb.R.Rivlin həmçininin onu da qeyd edib ki, İsrail insanların başına gələn fəlakətləri göz ardı etməməlidir.
Anar RÜSTƏMOV