“Azərsu” Açıq Səhmdar Cəmiyyəti istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması istiqamətində kompleks tədbirləri davam etdirir. Qurumun mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, abunəçilərin dayanıqlı və keyfiyyətli içməli su ilə təchiz edilməsi, həmçinin su itkilərinin qarşısını almaq məqsədi ilə Bakı şəhəri Nəsimi rayonu ərazisində - Azadlıq prospekti ilə T.Əliyev və Y.V.Çəmənzəminli küçələrinin kəsişməsində 300 mm diametrli magistral xəttin 80 metrlik hissəsi yeni borularla əvəzlənir. Bununla əlaqədar iyun ayının 13-də gün ərzində paytaxtın Nəsimi, Nərimanov və Binəqədi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.
Modern.az