Modern.az

Ermənistanın kəşfiyyat qrupunun komandiri əsir götürüldü - RƏSMİ

Ermənistanın kəşfiyyat qrupunun komandiri əsir götürüldü - RƏSMİ

23 Avqust 2020, 21:18

Avqustun 23-də saat 05:45 radələrində cəbhənin Goranboy rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupu təxribat törətməyə cəhd göstərib.

 

Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, cəbhənin bu istiqamətdə yerləşən Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən qəti tədbirlər nəticəsində düşmən itki verərək geri çəkilməyə məcbur edilib.

 

Döyüş zamanı erməni diversiya qrupunun komandiri, ilkin dindirməyə görə baş leytenant Qurgen Alberyan əsir götürülüb.

 

"Bir daha bildiririk ki, cəbhədə vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət bilavasitə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür",- Müdafiə Nazirliyi bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?