Modern.az

Bakıda temperatur iqlim normasından 7 dərəcə aşağıdı - Faktiki hava

Bakıda temperatur iqlim normasından 7 dərəcə aşağıdı - Faktiki hava

24 Avqust 2020, 13:18

Ölkədə müşahidə olunan faktiki hava açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən məlumata əsasən, avqustun 24-ü səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb, ayrı-ayrı yerlərdə intensiv və güclü olub.

 

Düşən yağışın miqdarı Balakən-Şəki zonasında 11-70, Mərkəzi Aran rayonlarında 5-34, Kiçik Qafqazda 4-12, Naxçıvan Muxtar Respublikasında 8-15, Qazax-Gəncə zonasında 2-10, Bakıda və Abşeron yarımadasında 2-7 mm təşkil edib.

 

Şimal-qərb küləyi səhər saatlarından tədricən 7-12 m/s-dək mülayimləşib.

 

Avqustun 23-də Bakıda havanın temperaturu iqlim normasından 6, 7 dərəcə aşağı olub. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 21-23, aran rayonlarında 17-23, dağlıq rayonlarda 12-14, Naxçıvan MR-da 18-25 dərəcə isti olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi