Modern.az

Sərt karantin rejimi ləğv olundu, boşanmalar kəskin artdı

Sərt karantin rejimi ləğv olundu, boşanmalar kəskin artdı

Dünya

25 Avqust 2020, 09:43

Rusiyada sərt karantin rejimi ləğv olunduqdan sonra boşanmaların sayı kəskin artıb.

Modern.az Rusiya KİV-ə istinadən xəbər verir ki, rejimin ləğv olunduğu iyunda 45,8 min boşanma qeydə alınıb. Bu isə may ayı ilə müqayisədə boşanmaların 2,5 dəfə artması deməkdir.

 

2020-ci ilin ilk 6 ayında ölkədə 220 min boşanma qeydə alınmışdı. 2019-cu ilin analoji dövründə bu rəqəm 297 min olub.

“Boşanmaların azalması izolyasiya və digər məhdudlaşdırıcı tədbirlərin tətbiq olunduğu vaxta təsadüf edir”- deyə Rusiya Statistika Komitəsi açıqlama verib.;

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir