Modern.az

Müsavat Partiyası Naxçıvanda yeni sədr seçəcək

Müsavat Partiyası Naxçıvanda yeni sədr seçəcək

13 İyun 2012, 15:58

Müsavat Partiyasının Naxçıvan şəhər təşkilatının sədri Meydan Babayev istefa verdikdən sonra bu posta kimin gətiriləcəyi maraq doğurur. Təşkilatın yeni sədrinin kimliyi haqda müxtəlif fikirlər səslənsə də, hələki sədr kürsüsü boş qalır.

Müsavat başqanının müavini Gülağa Aslanlı Modern.az-a açıqlamasında partiyanın Naxçıvan təşkilatının sədrinin hələlik bəlli olmadığını deyib. Meydan Babayevin yerinə kimin gətiriləcəyi haqda suala cavabında G.Aslanlı sədrin təyinat yolu ilə deyil, səsvermə yolu ilə seçiləcəyini vurğulayıb.

“Qeyd edim ki, Naxçıvan təşkilatının sədri postuna seçki keçiriləcək. Bununla bağlı təşkilatın konfransı keçirilən zaman yeni sədr seçiləcək. Müsavat Partiyasında təşkilat sədrləri ancaq seçki üsulu ilə seçilirlər. Hazırda bu istiqamətdə hazırlıq işləri görülür”,- deyə G.Aslanlı bildirib.

Qeyd edək ki, Müsavat Partiyasının Naxçıvan Təşkilatının keçmiş sədri Meydan Babayev bir neçə gün bundan öncə partiyadan istefa verərək sabiq spiker Rəsul Quliyevin rəhbəri olduğu Açıq Cəmiyyət Partiyasına keçib.

Anar RÜSTƏMOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Pezeşkian Zəngəzur dəhlizinə dəstək verdi