Modern.az

ABŞ Konqresinin sədri: “Tramp daxili düşməndir”

ABŞ Konqresinin sədri: “Tramp daxili düşməndir”

Dünya

25 Avqust 2020, 11:46

ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosi prezident Donald Tramp və Konqresin Respublikaçı qanadını “daxili düşmənlər” adlandırıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, o bunu prezident seçkiləri ilə bağlı demokratların poçt vasitəsilə səsvermə təklifinin qəbul olunmamasına görə edib.

“Bizim daxili düşmənlərimiz Pensilvaniya avenyu-1600 ünvanında (Ağ Ev-in ünvanı) və Konqresdə yerləşir”.

 

Demokratlar pandemiya təhlükəsi ilə bağlı 3 noyabr prezident seçkilərinin poçt vasitəsilə keçirilməsini təklif edir.   

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir