Modern.az

AŞPA məruzəçilərilərinin Bakıdakı mətbuat konfransında qalmaqal düşdü

AŞPA məruzəçilərilərinin Bakıdakı mətbuat konfransında qalmaqal düşdü

13 İyun 2012, 19:11

Bakıda olan Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Jozef Debono Qrex və Pedro Aqramunt bu gün səfərin yekununa dair Avropa Şurasının Bakı ofisində mətbuat konfransı keçiriblər.

Modern.az-ın məlumatına görə, mətbuat konfransında mübahisə yaranıb. Bakıda bir sıra görüşlər keçirdiklərini deyən həmməruzəçilər, rəsmi şəxslərlə insan haqlarına dair məsələlərin də müzakirə olunduğunu qeyd ediblər. Deyiblər ki, bu görüşlərdən sonra hüquq müdafiəçisi Oqtay Gülalıyev, fotojurnalist Mehman Hüseynov artıq azadlığa buraxalıb.

Mətbuat konfransında iştirak edən Sülh və Demokratiya İnstitunun sədri Leyla Yunus isə həmməruzəçilərə etiraz edib, onları yalan danışmaqda suçlayıb. L.Yunus deyib ki, o, Mehman Hüseynovun qardaşı ilə əlaqə saxlayıb və bildirilib ki, fotojurnalistin buraxılması xəbəri həqiqət deyil. Qardaşı M.Hüseynovun Səbail rayon Polis İdarəsinin 8-ci bölməsində saxlanıldığını deyib.

Həmməruzəçilər isə deyiblər ki, M.Hüseynovun buraxılması xəbərini onlara Baş Prokurorluqda olarkən bildiriblər.

L.Yunus həmməruzəçiləri evləri sökülən Azərbaycan vətəndaşlarının mülkiyyət hüququnun pozulmasına biganə qalmaqda da ittiham edib.

Modern.az
Sizə yeni x var
Keçid et
Pezeşkian Zəngəzur dəhlizinə dəstək verdi